Mahmudkəndin web saytı - Mahsun Qasımlı
Salam, Xoş gəlmisiniz. Bugün Saat
Mahmudkəndin Girişi.. Həzi Aslanovun Heykəli və Mədəniyyət binasının həyəti.. Kəndimizin dağları.. Mahmudkənd orta məktəbi Kəndimizin dağları...wWw.Mahmudkənd.TkMahmudkənd bağı

Mahmudkəndin Web Saytı

Kend Haqqinda

th_DSCN4248[1]

MAHMUDKƏND HAQQINDA

Adətən insanlar dağlıq ərazilərdə məskunlaşırdılar..Bizim kənd isə aran (Düzənlik) zonada yerləşir.Arpacayı
iki hissəyə sağ və sol hissəyə bölünür.Deyilənlərə görə: Bu kəndə, Turkiyədə o zaman əhalidən vergi çox yığılırdı və onlar başqa yerlərə köçməli olublar o cumlədən də, orda yaşayan Mahmud tayfasının bir hissəsi bizim kəndə (Mahmudkəndə) yerleşib, bir hissəsi isə Şahbuz rayonunun Mahmudoba kəndinə gediblər.. Kəndin tarixi onun qəbirsanlığı ilədə ölçülür.. Bu kəntdə heç bir tarixi abidə yoxdur, buda onu gösterirki bura gəlmə əhalinin məskunlaşması ilə yaranıb... Kəndimiz tarixi yer deyil.. Əhali ən çox arpacayının sol sahilində meskunlaşıb. Orada tarixən 3 yerdə qəbirsanlığ olubdur. Bizdə bilirik ki, insanlar öz yaxınlarının qəbirlərinin uzaqda yox öz yaxın ətraflarında dəfn edirdilər. Kəntdə ən qədim yer fərziyəyə görə Əski kənd, Əsiy kənd, Əsil kənd adı ile formalaşmış bir məhlə var, oradır. Ama orada heç bir qəbirsanlığ olmadığından bələ ferz olunubki, gələnlər ora duşsələrdə orda yaşasalarda, adətən içəri bölgələrə doğru köçüblər. ``Əski kəndin`` adından bilinirki bu sözlər türk dilinən keçmə sözlərdir. Buda onu sübut edir ki, bura köçmə əhalinin məskunlaşması ilə formalaşmış bir kəntdir. Kəntdə əvvəllər dini mədrəsələr olub. Orda uşaqlara dindən dərs keçirilirmiş. Birdənə məscid olub kəntdə. Oda 2 mərtəbə olub. Alt hissədə qadınlar, üst hissədə isə kişilər yerleşirmiş. Sonradan gələnlər, 1918, 1930 cu illərdə ermenistandan köçüb gələnlərin bir hissəsi isə Arpaçayın sağ sahilinde yerleşiblər. Ən çox bu kalxozlaşmadan sonra olubdur. Hələ deyilənlərə görə Arpaçayın sağ tərəfindən sol tərəfinə kecmek uçun körpü olmamışdır. Əbdulhüseyin adlı bir kişi, Arpaçayın sağ tərəfindən sol tərəfinə insanları dalına alaraq kecirirmiş və pul alırmış. Sonradan Arpaçayın üzərində salınan körpü, hər iki tərəfi birleşdirib. Kəntdə Çoxlu məhlələr var. Buradada hər tayfanın adı ile məhlələr adlandırılmışdır. Burada Cənubi Azərbaycandan gələn tat tayfaları, başqa ərazilərdən gələn kürtler və dediyimiz kimi ermənistandan gələnlər meskunlaşmışdılar. Kəntdən çoxlu ziyalılar və alimler çıxıb. Kənt düzənlik ərazidə yerləşir. Şərq tərəfdən, uzaqdan kiçik təpəliklərlə, əhatə olunub. Kəndin kənarından Naxçıvan-Turkiyə magistral yolu keçir. Kənd Oğlanqala kəndi və Cəlilkənd kəndi ilə qonşudur.. Ən uzunömürlü insan Tat Hüseyin Əliyev olmuşdur. Kənd xırda-xırda məhlələrlədə seçilir.. Kəndimizin məhlələri: Rehmali, Əski kənd, Rehmali , Sayılı, Heraman, orta məhlə, yuxarı məhlə, təzə məhlə, kendin ici, ağ kəntlilər və.s məhlələrə bölünür. Huseyinqulu Ağayev, Fereş Hüseynov, Heydarqulu Ağayev, İmanov Musa, İmanov Həmzə, Həsanalı Nağıyev, ve.s atalarımız böyük Vətən müharibəsində iştirak etmiş və medallarla qayıtmışdır.. 1990-cı il hadisələrində kəndin cavanları, vətəni müdafiə etmək uğrunda mubarizəyə qoşulmuşlar və Rasim Şəfiyev kimi şəhidlərimiz olmuşdur.. Kəndimizdə yeganə ağac növü Nalbənd ağacıdır. O uzun ömürlü, böyük gövdəli və sıx çətirli bir ağacdır. Digər kəntlərdə nadir tapılan ağac növüdür. Onun yuxarı hissəsi elə sıxdıki, yaqıw yaqarkən onun altında otursan yaqış səni islatmaz.. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kəndimizdə çoxlu abadlıq işləri görülüb və davam edir. Kəndimizdə hal-hazırda yeni Tam orta Məktəb, Mədəniyyət evi, yeni Mağazalar fəaliyyət göstərir.
 
 
 
 
MƏLUMAT
tərəfindən 20 İyun 2017 - 10:00 tarixində paylaşıldı.
ETİKETLER
mahmudkend,mahsunqasimli,yenidizayn,adminmahsun,mahmudkend,
Bugün 24 ziyaretçi (36 klik) kişi buradaydı!
"Salam hörmətli qonaq, sənin IP nömrən 3.144.113.197" Saytımıza daxil olduğun ölkə: us
İstifadəçi Girişi
İstifadəçi adı
:
Şifrə
:
Şifrəmi Unuttum?
Mahmudkənd'də 5 Günlük Hava Praqnozu
ANKARA
Reklam
Anket
Saytımız necədir?
 
Son Şərhlər
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol