imei qeydiyyati



MOBİL CİHAZLARI QEYDİYYATI !!
Yeni aldığınız mobil cihazın ölkəmizdə istifadəsinə məhdudiyyət qoyulub?! Nömrənizə və ya telefonunuza şəbəkə gəlmir?! Problemi aradan qaldırmaq telefonunuzu qeydiyyat etməlisiniz!!
Heç bir uzaq yol getmədən, hansısa telefon mağazasına müraciət etmədən birbaşa mobil cihazınızı (telefonunuzu) qeydiyyat etmək istəyirsinizsə, düz ünvandasınız. Artıq Mahmudkənlilərə özəl olaraq həmkəndlilərimizin mobil cihazlarının qeydiyyatı birbaşa olaraq Mahmudkənddə baş tutacaq. Mobil Cihazınızı Qeydiyyat etmək üçün Öz şəxsiyyət vəsiqəniz, və mobil cihazınızla birlikdə MAHSUN QASIMLI`ya yaxınlaşıb və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qeydiyyatın ümumi məbləği Mobil Cihazın bazar qiymətinə uyğun olaraq Tarif Şurasının qərarı əsasında Sistem tərəfindən müəyyənləşdirilir. Tariflər aşağıdakı kimidir.
Telefon və Whatsapp: 051-389-8689
Mobil Cihazların Qeydiyyatı Nədir?
Mobil cihazların qeydiyyat sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir. Bu sistemdə 3 kateqoriya üzrə təsnifat aparılır. Bunlar ağ səhifə, qara səhifə, boz səhifə və uyğunlaşdırılmış ağ səhifədir. Ağ səhifə-istifadəsinə icazə verilən mobil cihazların İMEİ nömrələri; Qara səhifə- istifadəsinə icazə verilməyən mobil cihazların İMEİ nömrələri; Boz səhifə- keçici bir səhifədir və ağ yaxud qara səhifədə olmayan mobil cihazların İMEİ nömrələrindən ibarətdir. Bu səhifədə olan İMEİ nömrələri araşdırma nəticəsinə uyğun olaraq ağ və ya qara səhifəyə daxil edilir.
İMEİ Nömrəsi Nədir?
Mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir. (İMEİ-International Mobile Equipment Identification). Bu beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlərə ayrılır. İMEİ nömrəsi rəqəmlərin kombinasiyasından təşkil olunmuşdur. Hər bir mobil cihazın öz İMEİ nömrəsi var və bu 15 rəqəmdən ibarətdir.
1.


2.


MƏLUMAT
Mahsun Qasımlı tərəfindən 22 Oktyabr 2018 - 00:00 tarixində paylaşıldı.
ETİKETLER