Mahmudkəndin web saytı - Mahsun Qasımlı
Salam, Xoş gəlmisiniz. Bugün Saat
Mahmudkəndin Girişi.. Həzi Aslanovun Heykəli və Mədəniyyət binasının həyəti.. Kəndimizin dağları.. Mahmudkənd orta məktəbi Kəndimizin dağları...wWw.Mahmudkənd.TkMahmudkənd bağı

Mahmudkəndin Web Saytı

Abdulla Qurbani 2

MahmudkendMahmudkendMahmudkend
 

Polkovnik Abdulla Qurbani əməliyyat olundu  


22 Oktyabr 2018-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, polkovnik Abdulla Qurbaninin üzərində açıq ürək əməliyyatı aparılıb. 


Məlumatı polkovnikin qızı, polis mayoru Günay Qurbanova təsdiqləyib. Bildirib ki, uzun illərdir ürək-damar xəstəliklərindən əziyət çəkən atası ürək ağrılarını heç zaman biruzə verməyib və bu günə kimi Vətən qarşısında xidmətlərini şərəflə davam etdirib. 

Əməliyyatı tanınmış təcrübəli ürək-damar cərrahı Anar Əmrah və onun komandası aparıb və olay Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzinə alınıb. 

Abdulla Qurbani 1956-cı ilin dekabrında Şərur rayonunun Mahmudkənd kəndində anadan olub. 18 ilə yaxın Mədəniyyət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb. 1993-cü ildə Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən könüllü olaraq cəbhəyə yollanıb. Murovdağ uğrunda ilk döyüş əməliyatlarına qoşulan A.Qurbani sıravi əsgərdən polkovnik rütbəsinədək yüksəlib. Xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilib. Prezident sərəncamları ilə" Vətənə xidmətə görə", "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və digər orden-medallarla təltif olunub. Vətən və xalq qarşısında müstəsna xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Bundan başqa, Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafında, ölkədə hərbi vətənpərvərliyin təbliğində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi- psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə Əməkdar İncəsənət xadimi və Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi fəxri adlarını alıb.

Hərbi vətənpərvərlik mövzusunda 100-dən çox kitabın, yüzlərlə məqalənin, 200-dən çox hərbi marş və vətənpərvərlik mahnılarının sözlərinin müəllifidir. Poemaları əsasında bir çox televiziya tamaşası hazırlanıb, rekviyem-oratoriya, simfonik poema yazılıb. "Türk sancağı", "Daş andı", "Şahnaz muğamı", "Gənclik bir də qayıtmır" pyesləri tamaşaya qoyulub.  Respublikanın müxtəlif bölgələrində, eləcə də paytaxt Bakıda təşkil olunan onlarla teatrlaşdırılmış kütləvi mərasimin senari müəllifi və quruluşçu rejissorudur. Möhtəşəm hərbi paradlara aparıcılıq edib, Qarabağ müharibəsinin iştirakçısıdır. "Azərbaycan- Türkiyə: qardaşlığın təntənəsi" kitab-albomu bir neçə gün öncə çapdan çıxıb. 


Istifadə olunan mənbələr:
www.Modern.az və www.Google.com

1. Facebook.com-da  Mahmudkənd Facebook
2.   Instagram.com-da  Mahmudkənd İnstagram



MƏLUMAT
 tərəfindən 24 Oktyabr 2018 - 20:58 tarixində paylaşıldı.
ETİKETLER
tanınmışlarımız,mahsunqasimli,nesimimemmedzade,kendimizinfexrleri,mahmudkənd

Bugün 29 ziyaretçi (45 klik) kişi buradaydı!
"Salam hörmətli qonaq, sənin IP nömrən 13.58.164.55" Saytımıza daxil olduğun ölkə: us
İstifadəçi Girişi
İstifadəçi adı
:
Şifrə
:
Şifrəmi Unuttum?
Mahmudkənd'də 5 Günlük Hava Praqnozu
ANKARA
Reklam
Anket
Saytımız necədir?
 
Son Şərhlər
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol