RasimShefiyev
ŞƏFİYEV RASİM
VƏLİ OĞLU
Rasim 1954-cü ildə Şərur rayonunun Mahmudkənd kəndində anadan olub. Kənddə orta məktəbi bitirdikdən sonra Sovet ordusunda hərbi xidmət keçmiş, hərbi xidmətini başa vurandan sonra polis orqanlarında işə girmişdir. 1988-ci ilin sonlarında azğınlaşmış erməni cəlladları Ermənistanın Xalsa, Dəvəli, Şirazlı, Şiddi, Avşar kəndlərinin azərbaycanlı əhalisini vəhşicəsini qovub öz dədə-baba yurdlarından sürgün edəndə, polis baş serjantı (baş leytenant) Rasim Şəfiyev uzun müddət idi ki, Sədərəklə Arazdöyən arasındakı polis postunda xidmətdə idi. Torpaqlarından qovulan həmvətənlərini ilkin qarşılayıb facuələrini gözləri ilə görən, erməni vəhşiliyinə tez-tez öz nifrətini açıq bildirən Rasim ermənilərin də diqqətini cəlb etmişdi. Bir dəfə də erməni vəhşiliyini onların üzünə deyəndə qanına qəltan etdilər bu mərdanə igidi. 1988-ci il dekabrın 3-də erməni gülləsi ilə qətlə yetirilib doğma kəndində dəfn olunan Rasim Vəli oğlu Şəfiyev Sədərəyin ilk şəhidlərindən oldu.
- Mənbə: Vaqif Məmmədovun "Sədərək Şəhidləri - 1988" adlı kitabından.
- Xüsusi təşəkkürlər: Elvin Şəfiyev-ə (Rasim Şəfiyevin oğlu).
MƏLUMAT
Mahsun Qasımlı tərəfindən 26 İyun 2017 - 12:12 tarixində paylaşıldı.
ETİKETLER
mahmudkend,mahsunqasimli,rasimsefhiyev,sedereksehedi,rasimvelioglu,mahmudkendimizfexri,