AbdullaQurbani



Qurbanov Abdulla Novruz oğlu - Abdulla Qurbani
Polkovnik , Əməkdar İnscəsənət Xadimi, Prezident təqaüdçüsü, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, 100-dən çox kitab müəllifi.
Qurbanov Abdulla Novruz oğlu 1955-ci ildə Naxçıvan MR, Şərur rayonundakı Arpacayın sahilində yerləşən Mahmudkənddə anadan olmuşdur. Culfa rayon Əbrəqunus İnternat məktəbində və Mahmudkənd orta məktəbində təhsil almışdır. O vaxt ki Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət instutunun Teatrşünaslıq fakültəsini bitirmişdir.
20 ilə yaxın respubilkanın mədəni marif müəssiələrində məsul vəzifələrdə çalışmış, nəhayyət 1993-cü ildə xalqımızın Ümumilli Lideri Heydər Əliyevin radyo və televiziya vasitəsi ilə xalqa 2 noyabr müraciəti ilə rahat kreslosunu təhvil verərək qaynar döyüş bölgələrinə yollanmış bir Azərbaycan vətəndaşıdır. A. Qurbani Fizuli , Beyləqan , Tərtər , Murov dağ silsiləsində və.s digər bölgələrdə xidmət etmişdir. Şərur rayon Mədəniyyət şöbəsinin müdiri də işləmişdir.
Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Nazirliyin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik, prezident təqaüdçüsü, əməkdar incəsənət xadimi Abdulla Qurbani Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif olunaraq hərbi xidmətdən istefaya göndərilib. Abdulla Qurbani mükafatlara Silahlı Qüvvələrdə uzun müddət qüsursuz xidmətinə, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsi, hərb elminin inkişafına verdiyi töhvələr, şəhid adının əbədiləşdirilməsi, həmçinin şəhid ailələrinə göstrilən qayğı və diqqətə görə layiq görülüb. Yaş həddinə görə, hərbi xidmətdən ehtiyata çıxan A. Qurbani bundan sonra dövlət qulluqçusu kimi Müdafiə Nazirliyində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Abdulla Qurbaninin hərbi xidmətdən tərxis edilməsi barədə əmr 2016-cı il dekabrın 15-də verilib.
Abdulla Qurbaninin bəzi kitabları:
1. "Dilbərə dedim ki"
2. "Bir Ömürün Naxışları"
3. "Sərkərdənin Xatirəsinə"
4. "Dördgünlük savaş-ruhumuzun qələbəsi"
5. "Qəhrəman Tərtərin müdafiəsində"
6. "Çingiz dastanı"
7. "Şəhidlər dastanı"
8. "Ordumuz-qürurumuz, xalqımız-dayağımız"
9. "Qazax - Xidmət etdiyin diyar"
10. "Erməni təcavüzünün qurbanları: məsum körpələr"
11. " Mən sərkərdə olacağam"
12. "Sərhədçilər arasında ilk Azərbaycanlı general"
13. "Cəbhə bölgəsi"
Istifadə olunan mənbələr: www.Azeridefence.com, Karabakhİnfo kanalı və Google.com
1.


2.


MƏLUMAT
Mahsun Qasımlı tərəfindən 08 Mart 2018 - 12:00 tarixində paylaşıldı.
ETİKETLER